Rusiya Türkiyənin Ukraynaya PUA verməsindən narahatdır
Putin: “Bayraktar”dan istifadə Minsk razılaşmasını pozur
Rusiya prezidenti Ukraynanın Donbasda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı “Bayraktar TB2”-dən istifadə etməsinə münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin deyib ki, Ukrayna hakimiyyəti tərəfindən “Bayraktar”ın istifadə olunması Minsk razılaşmasını pozur:
Onun sözlərinə görə, pilotsuz aparatlar aviasiyadır. Hansı ki, onlardan istifadə Minsk razılaşması və ondan sonrakı razılaşmalarla münaqişə zonasında tətbiqi qadağan olunur. Rusiya dövlət başçısı Qərbi – onun ifadəsi ilə desək- bu qanunsuz əməlin qarşısında susmaqda ittiham edib. “PUA-lardan istifadəyə heç kəs reaksiya vermir. Avropa bu barədə aydın bir şey söyləmir. ABŞ isə dəstəklədi. Ukraynanın rəsmi şəxsləri isə birbaşa deyirlər: tətbiq etmişik və bundan sonra da edəcəyik”-, deyə Putin qeyd edib.