Əfqanıstanda milyonlarla uşaq pis qidalanmadan əziyyət çəkir
Əfqanıstanın müxtəlif bölgələrində üç tam onda iki milyon uşaq pis qidalanmadan əziyyət çəkir.
,SəhərAzəri-nin məlumatına əsasən
Əfqanıstan səhiyyə nazirliyi başçısının müavini Əbdülbari Ömər dünən öncəki hökumətlərin bu ölkənin səhiyyə sektorundakı səhlənkarlıqlarından təəssüf ifadə edib. Bildirib ki, Əfqanıstanda üç tam onda iki milyon uşaq pis qidalanmadan əziyyət çəkir və onların bir milyon nəfəri kəskin, iki tam onda iki milyon nəfəri isə orta vəziyyətdədir.
Əbdülbari Ömər sonra belə söyləyib: Ötən iyirmi ildə Əfqanıstanın səhiyyə sektoru xarici yardımlardan asılı olub və məsul şəxslər bu müddətdə iqtisadi müstəqillik sahəsində heç bir fəaliyyət göstərməyiblər.
O, daha sonra bildirib ki, ötən iyirmi ildə beynəlxalq təşkilatlar və ölkələrin geniş yardımlaraına rəğmən, Əfqanıstan səhiyyə nazirliyi tərəfindən səhiyyə xidmətlərinin təkcə beş faizi həyata keçirilib, yerdə qalan xidmətlər isə, hazırda kəsilmiş, beynəlxalq yardımlardan asılı olubdur.