Noy 18, 2021 14:30 Asia/Baku
  • Belarus
    Belarus

Belarusun Belçikanın paytaxtı Brüsseldəki səfirliyi naməlum şəxslərin hücum hədəfinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Belarusun Belçikadakı nümayəndəliyi dünən bir bəyanatda bildirib ki, naməlum hücumçular Belarus səfirliyinə hücumla səfrlik binasını yandırıblar.

Bu hücumdan sonra Belarus səfirliyi konsulluq işlərini həyata keçirmək üçün müraciət edənləri qəbul etməyi müvəqqəti olaraq dayandırıb.

Belçika hökuməti indiyədək bu hücum haqda bir bəyanat yaymayıb.

Bu hücum Belarus-Polşa sərhədindəki miqrantlar böhranı üstündə Minsk ilə Avropa arasında yaranmış çəkişmələr zəminində baş verib.

Hal-hazırda minlərlə nəfər Belarus-Polşa sərhədində didərgindir.

Bu mühacirlər heç bir şərait olmadan soyuq hava şəraitində bölgədəki meşələrdə yaşayırlar. Onlar nə Belarusa geri dönmək imkanına malikdirlər, nə də ki, Avropaya daxil ola bilirlər.

Polşanın sərhəd qüvvələri son günlər dəfələrlə bu ölkə sərhədini keçmək istəyən mühacirlərə tərəf gözyaşardıcı qaz buraxıb və onları dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.

Avropa Bilriyi də miqrantlarla mübarizədə Polşanı himayə edir.

 

Teqlər