Putin və Lukaşenko miqrantlara qarşı zorakılığı tənqid ediblər
Rusiya və Belarus prezidentləri bir telefon söhbətində Polşanın bu ölkə sərhədində miqrantlara qarşı zorakılıq tətbiq etməsini və Polşa sərhədçilərinin miqrantlara divan tutmaq üçün xüsusi təchizatlardan istifadə etmələrini tənqid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin və Aleksandr Lukaşenko həmçinin Polşa-Belarus sərhədindəki gərginliyin həlli üçün bu ölkə ilə Avropa Birliyi arasında həmkarlığın yaradılmasının önəminə təkid ediblər.
Lukaşenko bu telefon söhbətində gərginliyin azaldılması və miqrantlara humanitar yardımların göstərilməsi üçün Belarus tərəfindən görülmüş tədbirlərdən danışıb.
Belə bir halda, Polşa gündəlik şəkildə miqrantlara qarşı ən kəskin qaydalardan istifadə edir.
Belarusdan mühacir axınının artmasının ardınca Polşa və Litva öz sərhədlərində həmin ölkə ilə fövqəladə vəziyyət elan ediblər.
Polşa parlamenti də son zamanlar Belarusla sərhədlərdə daimi sərhəd hasarının düzəldilməsinə yaşıl işıq göstərib və onun üçün yekun icazə veribdir.
Bu şəraitdə Avropa ölkələri mühacirlərə dəstək üzrə həll yolunun fikrində olmaq yerinə, bu məzlum təbəqənin axını ilə mübarizə tərzləri barədə düşünürlər.