Noy 26, 2021 12:41 Asia/Baku
  • İran Rusiyada bir şaxtada baş verən faciəyə görə başsağlığı verdi

İran Rusiyada mədən partlayışı qurbanlarının ailələrinin kədərilə bölüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə dünən gecə, Rusiyada baş vermiş mədən partlayışı hadisəsindən dərin təəssüf ifadə edib və bu kədərli hadisə qurbanlarının ailələrinin dərdinə şərik çıxıb.

Dünən səhər saatlarında Rusiyanın Kemerovo vilayətinin Kuzbass rayonunun yaxınlığında yerləşən «Listvyajnaya» mədənində baş verən partlayış və yanğın hadisəsində indiyədək 52 nəfərdən çox insan həlak olub.

Kemerovonun icra başçısı Sergey Tsivilyov bildirib ki, hadisə zamanı mədəndə ümumilikdə 285 nəfər olub.

Hadisədə onlarla nəfər də yaralanıbdır.

Rusiya hökuməti bu hadisə barədə təhqiqata başlayıb.

Rusiya prezidenti Vladimir Putin dünən hadisə qurbanlarının ailələrinə başsağlığı verib. Putin bu ölkə hökumətinə yaralılara lazımi yardım göstərmək barədə göstəriş verib.

Teqlər