AB Taliban hökumətini rəsmən tanımayacaq
Avropa Komissiyasının sədri deyib ki, Avropa Birliyi Əfqanıstanda zor gücünə yaradılmış Taliban hökumətini rəsmən tanımayacaq.
SəhərAzəri-nin məlumatına əsasən, «Əfqanıstanın üzləşdiyi sosial və iqtisadi dağılmanın qarşısını almalıyıq.»-deyə, Ursula fon der Lyayen bildirib.
Avropa Komissiyası sədrinin Taliban hökumətinin rəsmən tanınmayacağına dair sözlərinin fonunda qeyd edək ki, ABŞ və Avropa nümayəndələrinin Taliban üzvlərilə müzakirələri dünəndən etibarən, Qətərin Doha şəhərində başlanıb.
Taliban sentyabrın yeddisində Əfqanıstanda müvəqqəti hökumət təşkil etdi.
Amerika, İngiltərə və müttəfiqləri 20 il bundan qabaq terrorizmlə mübarizə bəhanəsilə NATO çərçivəsində Əfqanıstana hücum etdi. Onlar bu ölkəyə qarşı iyirmi il işğalçılıq, təxribat, iki trilyard 313 milyard dollar xərc və təqribən iki min beş yüz itkidən sonra bu ilin avqustunda çaş-baş vəziyyətdə Əfqanıstanı tərk etdilər ki, Qərbin regiondakı müdaxilə mahiyyətli siyasətlərinin qara keçmişinə yeni bir möhür vurulmuş olsun.