Avropa ABŞ-dan müstəqil hərəkət edə bilmir
Avropa Trampın nüvə anlaşmasından çıxmasından sonra müstəqil mövqe tuta bilmədiyi kimi Vyana müzakirələrində də tarixi bir qərarda özü üçün Amerikadan müstəqil bir mahiyyət tərif etməyə hazır deyil.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın dövlət katibi Entoni Blinken Röyters-lə son müsahibəsində deyibdir ki, İranın ciddi olmaması müzakirələrin bitməsinə bais oldu.
Blinkenin bu ifadəsi ondan xəbər verir ki, Amerika müzakirələrdə rəsmən iştirak etməsə də müzakirələr prosesinə və avropalı tərəflərin qərarçıxarmalarına nəzarət/ və öz nəzərini tətbiq edir.
Amerikanın birtərəfli yanaşma tərzi və beynəlxalq öhdəliklərə məhəl qoymaması Birləşmiş Ştatların xarici siyasət sahəsindəki həmişəki xüsusiyyətlərindən biridir və bu sabit gedişat bəzən daha artıq sürət alıbdır.
Amerikanın İranla qarşılaşma zamanı BMT Təhlükəsizlik Şurasının iclasındakı məğlubiyyəti tarixi bir hadisə kimi göstərdi ki, dünya bu ölkənin birtərəfli yanaşma tərzindən təngə gəlib. Həmin iclasda Trampın intensiv şəkildə günahı başqasının boynuna yıxması və cəhdinə rəğmən, Amerikanın İrana qarşı silah qadağasının uzadılmasına dair qətnamə layihəsi şurada səs qazanmadı.
Amerikanlar cari Vyana müzakirələrində iştirak etmirlər və bu, Baydenin demokrat hökuməti tərəfindən Trampın nüvə anlaşmasını tərk etmək üzrə birtərəfli yanaşma siyasətinin üstüörtülü şəkildə təsdiq edilməsi deməkdir.
Əli Baqiri son Vyana iclası bitərkən avropalı tərəflərin İranın təkliflərindən razı qalmamalarına dair sualın cavabında belə deyib: Avropalı tərəflərin bizim təkliflərimizdən razı qalmamaları dürüstdür. Amma mühüm olan cəhət budur ki, bu təkliflər iki tərəf arasındakı ortaq əsaslara uyğun olaraq hazırlanıb. Buna görə, onlar bu təkliflərin məsələyə dəxli olmadığını deməyib, buna etiraz etmirdilər. Amma deyirdilər ki; «bunlar bizim baxışlarımızla uyğun gəlmir. Mən də onlara dedim ki; «bu təbii məsələdir və biz müzakirələrdə mütləq sizin baxışlarınıza uyğun gələcək mətləblər deməli deyilik. Biz öz baxışlarımız, maraqlarımız və siyasətlərimizə əsaslanan mətləblər irəli sürürük, amma mühüm olan cəhət budur ki, bu təkliflər bir əsasa söykənir və o əsası qarşı tərəf də qəbul edir. Bu mövzu üzərində hamı fikir birliyinə malik idi və heç kəs və heç bir avropalı tərəf heç bir vəchlə iddia etmirdi ki, İranın təklifləri iki tərəfin qəbul etdiyi qanuni və hüquqi əsasa malik deyil.
Baqrinin bu sözləri ondan xəbər verir ki, avropalılar beynəlxalq hüquq normalarına əsasən, İranın təkliflərini hüquqi hesab edirlər.
Vyana müzakirələri İranın digər ölkələrə hansı önşərt və təklif paketlərini təqdim etməsi baxımından avropalılar üçün böyük bir imkandır ki, amerikan unilateralizmini dəf etmək üzrə özlərinin altmış ildən yuxarı gedişlərinin davamında, mütləq şəkildə onlar üçün siyasi və iqtisadi xərclər gətirəcək İranla maksimum və tarixi razılaşma ilə, Amerika üçün beynəlxalq və hüquqi qaydalara birtərəfli sədaqətsizlik xərcini artırsın və Avropa Birliyinin mahiyyətini yüksəltsinlər.