İndoneziyada zəlzələ
Dek 14, 2021 19:30 Asia/Baku
İndoneziyanın şərqində Rixter şkalası ilə 7,6 bal gücündə zəlzələ baş verib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ geologiya təşkilatı bildirib ki, yeraltı təkan Flores dənizinin 76 kilometr dərinliyində baş verib.
Sakit Okean üzrə sunami xəbərdarlıq mərkəzi bildiribdir ki, zəlzələnin təhlükəli sunami dalğalarına çevrilməsi ehtimal edilir.
2018-ci ilin sentyabr-oktyabr aylarında təqribən İndoneziya arxipelaqının mərkəzində, Flores dənizi ilə Sulavesi dənizi arasında yerləşən Sulavesi adasında 7,5 bal gücündə yeraltı təkanın baş verməsi azı 832 nəfərin ölümünə səbəb olmuşdu.