Dek 16, 2021 15:43 Asia/Baku
  • Əfqanıstanın Uruzqan vilayətində partlayış
    Əfqanıstanın Uruzqan vilayətində partlayış

Əfqanıstanın Uruzqan vilayətində bomba partlayışı nəticəsində iki əfqan uşaq həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Uruzqan vilayətinin mərkəzi xəstəxanasının baş həkimi Ziyaurrəhman Niyazi bildirib ki, vilayətin Gizab rayonunun Xələç kəndində baş verən bomba partlayışında daha səkkiz nəfər də yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır elan olunub.

İndiyədək bir şəxs və ya qrup bu terror partlayışının məsuliyyətini üzərinə götürməyib.

Talibanın avqustun 15-dən Əfqanıstanda hakimiyyətə gəlməsindən bəri bu ölkənin müxtəlif bölgələri, o sıradan Kabil terror hücum və partlayışlarının şahidi olub. Həmin hadisələrdə yüzlərlə nəfər ölüb və yaralanıbdır.

Bu terror hücum və partlayışlarının əksər hissəsini İŞİD terror qrupu üzərinə götürüb.

 

Teqlər