Dek 20, 2021 10:38 Asia/Baku
  • Brüssel
    Brüssel

Belçikanın paytaxtı Brüssel bir daha bu ölkədə tətbiq edilən koronavirus məhdudiyyətlərinə qarşı etirazların şahidi olub.

SəhərAzəri-nin məlumatına əsasən, "Mehr" xəbər agentliyinin məlumatına görə, minlərlə belçikalı "Bəsdir yetər artıq" kimi şüarlar səsləndirərək, hökumətin tətbiq etdiyi məhdudiyyətlərə və sərt səhiyyə siyasətinə etiraz edib. 

Ötən həftələrdəki etirazların zorakılığa çevrildiyini nəzərə alaraq, Brüssel küçələrində çoxlu sayda polis qüvvələri yerləşdirilib.

Belçikada koronavirusa yoluxma hallarının artması fonunda hökumət bu yaxınlarda ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün yenidən bir sıra məhdudiyyətlər tətbiq edib.

"Worldometers" informasiya portalının son statistikasına görə,  Belçikada indiyədək 1 milyon 999 min 764 nəfər koronavirusa yoluxub, onlardan 27 min 895 nəfəri isə həyatını itirib.

Avropanın bir çox ölkəsində son həftələrdə koronavirusdan ölüm halları bir daha yüksələn xətlə gedir.

Avropada koronavirusun yenidən canlanması fonunda Yaşıl Qitə ölkələri koronavirusla əlaqədar məhdudiyyətlərə qarşı geniş etirazların şahidi olublar.

Teqlər