Dek 24, 2021 19:26 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Vaşinqtonun Moskva qarşısındakı rəftarlarını qeyri-səmimi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib ki; Vaşinqtonla anlaşmada qeyri-sağlam vəziyyət yaranıb. Onlar bizə qarşı isbatolunmaz ittihamlar, sanksiyalar irəli sürür,/ digər düşmənçilik hərəkətlərinə şamil olan açıq-aşkar qeyri-səmimi bir gediş gedirlər. Bütün bunlar zəhərli bir atmosfer yaradır və dinc peşəkar əlaqələrin bərqərarının qarşısını alır.

Lavrov həmçinin Amerikanın Ukraynaya dəstəklərinin ardınca yaranmış çəkişmələr və qarşıdurmalar dərəcəsinin azaldılması zərurətinə təkid edib.

Rusiya son zamanlar Amerika və NATO-ya üzv ölkələrlə razılaşmaların ilkin mətnlərini yayıb. Bu mətnlər Rusiya sərhədi yaxınlığında uzun və qısa mənzilli raketlərin yerləşdirilməməsi və Avropada qarşılıqlı təhlükəsizlik zəmanətləri üzrə maddələrə şamil olur.

 

Teqlər