Dek 27, 2021 23:05 Asia/Baku
  • 2021-ci ildə
    2021-ci ildə

Qeyri-Hökumət Təşkilatı olan "Christian Aid" təşkilatı bildirib ki, 2021-ci ildə 10 ekoloji fəlakət 170 milyard dollardan çox ziyan vurub ki, bu da 2020-ci illə müqayisədə 20 milyard dollar çoxdur.

SəhərAzəri-nin məlumatına əsasən,  "Christian Aid" açıqladığı illik hesabatında vurğulayıb: "Bu yüksəliş tendensiyası insan fəaliyyətinin iqlim dəyişikliyinə təsirini əks etdirir, eyni zamanda bu 10 təbii fəlakət ən azı 1075 nəfərin ölümünə və 1,3 milyondan çox insanın didərgin düşməsinə səbəb olub".

"Christian Aid" hər il sığorta hesabatları əsasında sel, yanğın və istilik dalğaları kimi hava hadisələrinin vurduğu ziyanları hesablayır. 

Alimlərin fikrincə, hava fəlakətləri həmişə olub, lakin insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi onların tezliyini və təsirlərini artırır.

Teqlər