C.Koreyada korona vaksinlərindən ölüm hallarına etiraz
Cənubi Koreya xalqı bu ölkə hökumətinin korona vaksinasiyasından sonrakı vəfatlara görə cavab verməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu ölkənin Busan şəhərində, əllərində korona vaksinasiyasından sonra vəfat etmiş şəxslərin şəkillərini tutan etiazçılar hökumətdən xoşagəlməz nəticələrin səbəblərini öyrənməyi və bu nəticələrin amilinin məhz vaksinlərin olduğunu təsdiq etməyi tələb ediblər.
Cənubi Koreya xalqından min nəfərdən çox insan vaksin vurduqdan sonra vəfat edib. Amma hökumət təkcə az sayda halın səbəbini vaksinlə əlaqəli bilibdir.
Cənubi Koreya dünyada ən yüksək vaksinasiya miqdarına malik olan ölkələrdən biridir. Hazırda bu ölkə xalqının təqribən səksən üç faizi COVID-19 qarşısında peyvənd edilib. Bu da iyirmilər qrupu ölkələri arasında ən yüksək göstəricidir.