Dek 28, 2021 20:23 Asia/Baku
  • Kabildə qadınlar etiraz aksiyası
    Kabildə qadınlar etiraz aksiyası

Əfqanıstanın paytaxtı Kabildə bir qrup əfqan qadın şəhərin küçələrində aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Hazırkı duruma etiraz edən qadınlar öz hüquqlarının təmin edilməsini istəyiblər.

Qadın etirazçılar «Biz oyaq qadınlar ayrı-seçkilikdən bezmişik!», «Biz ac xalqın səsiyik!» və «Qanuni hökumət istəyirik!» şüarları veriblər.

Etirazçı qadınlar həmçinin öz şüarlarında insan hüquqları dəyərlərinə uyğun bir xalq hökumətinin təşkilini tələb ediblər.

Taliban universitet təhsili xüsusiyyət təşkil etməklə yüksək səviyyələrdə təhsili qız və qadınlara qadağan etdikdən sonra son zamanlar onlara öz məhrəmləri olmadan səyahət və səfər etməyi də qadağan edibdir.

 

Teqlər