Şimali Koreya Pekin olimpiadasında iştirak etməyəcək
https://azeri.sahartv.ir/news/dünya-i384856-Şimali_koreya_pekin_olimpiadasında_iştirak_etməyəcək
Pxenyan Çinə məktubda düşmən qüvvələr və korona pandemiyasını Şimali Koreyanın Pekin qış olimpiadasında iştirak etməməsinin səbəbləri adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2022 14:55 Asia/Baku
  • Şimali Koreya Pekin olimpiadasında iştirak etməyəcək

Pxenyan Çinə məktubda düşmən qüvvələr və korona pandemiyasını Şimali Koreyanın Pekin qış olimpiadasında iştirak etməməsinin səbəbləri adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məktubun bir hissəsində detallara toxunulmadan Amerikanın ötən ilin dekabrında Çinin insan haqları keçmişi ittihamı ilə bu yarışları diplomatik cəhətdən boykot etməsi tənqid edilib.

Şimali Koreya korona pandemiyası başlanandan bəri hətta öz diplomatlarının belə, girişinin qarşısını alır və bütün ticarət mübadilələrini dayandırıb.