Yan 18, 2022 13:13 Asia/Baku
  • tanka qarşı silah
    tanka qarşı silah

İngiltərə Ukraynaya kömək bəhanəsilə bu ölkəyə tanka qarşı silahlar göndərdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin müdafiə naziri Ben Uolles bu ölkə parlamentinə bildirib ki, tanka qarşı silahlar üzrə ilk yük bazar ertəsi günü Ukraynaya təhvil verilib və ingilis hərbi personalından kiçik bir qrup da qısa bir müddətdə Ukrayna ordusuna lazımi təliimləri verəcək.

Uolles Ukraynaya göndərilmiş silahların sayı və ya növünə işarə etməyib, amma iddia edibdir ki, onlar strateji silahlar deyillər və Rusiya üçün heç bir təhdid hesab olunmurlar.

Uolles həmçinin bildirib ki, Ukrayna barədə danışıqlar aparmaq məqsədilə Rusiyanın müdafiə naziri Sergey Şoyqunu Londona dəvət edib, lakin hələ rusların bu dəvəti qəbul edəcəkləri bəlli deyildir.

Qərb ölkələri iddia edirlər ki, Rusiya Ukraynaya hücuma zəmin yaratmaqdadır. Moskva isə bu iddiları rədd etməklə onları əsassız hesab edir.

 

Teqlər