Yan 19, 2022 15:13 Asia/Baku
  • KTMT Qazaxıstandan tam şəkildə çıxdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanı tam şəkildə tərk edib. Bu barədə məlumatı Rusiya Müdafiə nazirliyi yayıb.

SəhərAzəri-nin məlumatına əsasən,KTMT-nin sonuncu sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar.

Məlumatda bildirilir ki, daha əvvəl Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarələri vasitəsi ilə Ermənistan, Belarus, Tacikistandan olan sülhməramlılar öz vətənlərinə qayıtmışdılar. Qırğızıstandan olan sülhməramlılar isə öz texnika və silahları ilə birgə quru yolla öz ölkələrinə geri qayıdıblar.

Qeyd edək ki, yanvarın 5-də Prezident Kasım-Jomart Tokayevin ölkədə kütləvi etirazlarla əlaqədar KTMT-ni yardıma çağırmasından sonra KTMT sülhməramlıları Qazaxıstana göndərilmişdi.

Qazaxıstanda baş verən iğtişaşlarda onlarla adam öldü, yüzlərlə adam yaralandı və minlərlə insan həbs edildi.

Teqlər