Yan 19, 2022 17:57 Asia/Baku
  •  fövqəladə vəziyyət
    fövqəladə vəziyyət

Qazaxıstan hökuməti bu ölkənin bütün bölgələrində fövqəladə viziyyət rejiminə son qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, FARS xəbər agentliyinin məlumatına görə, Qazaxıstan hökuməti etirazlardan dolayı yanvarın əvvəlindən bu ölkədə tətbiq edilən fövqəladə vəziyyətin ləğv edildiyini açıqlayıb.

Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, bütün ölkə normal həyata qayıdır, konstitusiya quruluşu bərpa edilib, lakin bəzi bölgələrdə antiterror əməliyyatı hələ də davam edir.

Xatırladaq ki, Yanvarın 13-də vəziyyət sabitləşdiyi üçün Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində fövqəladə vəziyyət ləğv edilmişdi.

Qazaxıstanda etirazlar yanvarın 2-dən və ölkədə maye qazın qiymətinin iki dəfə artırılması fonunda başlayıb. Vəziyyətin pisləşməsindən sonra Qazaxıstanın müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri bu ölkəyə göndərilib. 

Teqlər