Blinken Ukrayna ətrafındakı gərginliyi azaltmaq üçün diplomatiya iddiasındadır
https://azeri.sahartv.ir/news/dünya-i385225-blinken_ukrayna_ətrafındakı_gərginliyi_azaltmaq_üçün_diplomatiya_iddiasındadır
ABŞ dövlət katibi Ukraynaya səfəri zamanı, Ukrayna ətrafındakı vəziyyəti gərgin adlandıraraq, Vaşinqtonun gərginliyi azaltmaq üçün diplomatiyaya üstünlük verdiyini iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2022 16:54 Asia/Baku
  • Blinken
    Blinken

ABŞ dövlət katibi Ukraynaya səfəri zamanı, Ukrayna ətrafındakı vəziyyəti gərgin adlandıraraq, Vaşinqtonun gərginliyi azaltmaq üçün diplomatiyaya üstünlük verdiyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, İRNA xəbər agentliyinin məlumatına görə, Entoni Blinken əlavə edib: "Rusiya və Ukrayna arasındakı məsələlərdə diplomatik, sülh yolunda qalacağımıza ümid edirəm, amma bununla bağlı hər hansı bir qərar Rusiyanın davranışından asılıdır".  

ABŞ dövlət katibi Vladimir Putinin Ukraynaya qarşı aqressiv addımlar atmağa çalışdığını da iddia edib.

Eyni zamanda, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bu gün elan edib ki, Vaşinqton dekabrda Ukraynaya müdafiə-təhlükəsizlik xərcləri üçün 200 milyon dollarlıq hərbi yardım ayırmağa razılaşıb.