Yan 27, 2022 14:38 Asia/Baku
  • Taliban
    Taliban

Əfqanıstanda «Səhər» telekanalının «Qırmızı işıq» verilişinin qonağı, Taliban sözçüsünün müavini Ənamullah Səmənqani xarici, xüsusən regional investorların Əfqanıstan iqtisadiyyatında iştirak etmələrini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Taliban sözçüsünün müavini qonşu ölkələrlə yaxşı əlaqələrə və dinc yanaşı yaşayışa təkidlə deyib ki; biz səmimi əlaqələrə inanırıq. Əfqanıstandan digər ölkələrə qarşı heç bir təhdid baş verməyəcək.

Ənamullah Səmənqani İran İslam Respublikasını yaxşı və böyük bir qonşu adlandırıb, Əfqanıstana elektrik ixrac etdiyinə görə, İrana çox təşəkkür edib. Bildirib ki; İran İslam Respublikası ilə iqtisadi anlaşmaları genişləndirmək istəyirik.

Əfqanıstanın sabiq hökumətini əcnəbilərdən asılı hökumət adlandıran Səmənqani deyib ki, qərblilər Əfqanıstanda bir sistem yaratmışdılar; nazirlər kabinetini və prezidenti təyin edirdilər, amma hamı gördü ki, onların sistemi Taliban-dan öncə dağıldı, zira xaricilərə söykənirdi və bu, yaxşı bir dərsdir.

Səmənqani vurğulayıb ki, dünya ictimaiyyəti öz ölkələrinin taleyinə hakim olmaları üçün əfqanları öz ixtiyarlarına buraxmalı olduğunu öyrənməlidir.

«Taliban hazırkı böhrandan çıxmaq üçün fürsətə ehtiyac duyur»- deyən Taliban sözçüsünün müavini Əfqanıstanda qadınların hüquqları barədəki təbliğatları qərəzli adlandırıb. Bildirib ki, Taliban qadınların dərsi və işi üçün yaxşı mühit və münasib zəmin yaratmağa çalışıb.

Taliban sözçüsünün müavini etnik və dini azlıqların ölkənin taleyindəki iştirakı barədə də bildiribdir ki, Əfqanıstan bütün qövmlərin evidir və Taliban Əfqanıstanda bütün azlıqların hüquqlarını təmin etmək ardıncadır.

 

Teqlər