Sərhəddə toqquşmadan sonra razılıq əldə olundu
https://azeri.sahartv.ir/news/dünya-i385495-sərhəddə_toqquşmadan_sonra_razılıq_əldə_olundu
Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Sərhəd Xidməti xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2022 09:22 Asia/Baku
  • Sərhəddə toqquşmadan sonra razılıq əldə olundu

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Sərhəd Xidməti xəbər verib.

SəhərAzəri-nin bildirdiyinə görə, Məlumatda deyilir ki, Qırğızıstan prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayev və respublikanın Batken istiqamətindəki sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru Rəcəbba Əhmədzoda və sərhəd nümayəndəsi arasında aparılmış danışıqlar nəticəsində respublikada tam atəşkəs haqqında razılaşmalar əldə edilib. Həmçinin tərəflərin hər birinin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrinin daimi dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəlinib".

Həmçinin danışıqlar zamanı tərəflər Batken-İsfana avtomobil yolunda (Qırğızıstan) hərəkətin açılması barədə, eləcə də münaqişələrin qarşısının alınması məqsədilə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının sərhədyanı ərazilərdə birgə patrul xidməti haqqında razılığa gəliblər.

Dünən gecə Qırğızıstanla sərhəddə baş verən toqquşmada Tacikistanın iki vətəndaşı həlak olub, on nəfər isə yaralanıb. Yaralananlardan altısı hərbçi, dördü isə mülki şəxsdir.