Yan 29, 2022 12:50 Asia/Baku
  •  Aİ-də Rusiya ilə bağlı fikir ixtilafları var

Polşanın baş naziri Ukraynaya qarşı hücum olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların miqyası ilə bağlı Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında fikir ayrılıqlarının mövcud olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Polşanın baş naziri Mateuş Moravietski "El Mundo" qəzetinə müsahibəsində qeyd edib ki, Fikir ayrılıqları Rusiyaya qarşı sanksiyaların əhatə dairəsi, Ukraynaya hərbi dəstək verilməsi, dövlətlər və ya NATO səviyyəsində razılaşdırılmalı olan mövqelərlə bağlıdır.
Polşanın Baş naziri bildirib ki, o, Almaniyanın bu münaqişəyə qarışacağını gözləmir: "Amma Ukraynaya kömək etməkdən imtina etsələr, bunu açıq şəkildə demələrini xahiş edəcəm”, - deyə Mateuş Moravietski sözlərini yekunlaşdırıb.

Teqlər