Belçika xalqı yenidən koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirib
Belçika xalqı koronavirus məhdudiyyətlərinə etiraz olaraq, yenidən küçələrə çıxıb.
SəhərAzəri-nin məlumatına əsasən, "İran Press" xəbər agentliyinin məlumatına görə, Belçika hökuməti bu yaxınlarda ölkədə koronavirusa yoluxma hallarının artması fonunda, virusun yayılmasının qarşısını almaq üçün yenidən bir sıra məhdudiyyətlər tətbiq edib.
Belçika hökumətinin bu addımı ölkə xalqının geniş etirazına səbəb olub.
Belçikalı etirazçılar bazar günü baş nazir Alexander De Croo-nun rəhbərlik etdiyi hazırkı koalisiya hökumətinin buraxılmasını tələb edən petisiya imzalayıblar.
Avropanın bir çox ölkəsində son həftələrdə koronavirusdan ölüm halları kəskin artıb.
Avropada koronavirusun canlanması fonunda yaşıl qitə ölkələri koronavirus məhdudiyyətlərinə qarşı geniş etirazların şahidi olurlar.