Fev 13, 2022 17:41 Asia/Baku
  • Vyana müzakirələri
    Vyana müzakirələri

Sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin səkkizinci raundu/ beşinci gündə/ İranın təkliflərinin araşdırılması ilə keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Müzakirələrin bu etapında, məşvərətlər istiqamətində, İranın müzakirə heyətinin başçısı Əli Baqirinin Rusiya təmsilçisi Mixail Ulyanov, Çin nümayəndəsi Van Kuan və Avropa İttifaqının elçisi Enrike Moran ilə ayrı-ayrılıqda keçirdiyi görüşlər dünən gecə Vyanada yerləşən Kuborq otelində başa çatıb.

Siyasi müzakirələrlə bir zamanda, İran və 4+1 qrupunun ekspert iclasları da elə həmin oteldə təşkil olunub və gecə yarısınadək davam edib.

Vyana müzakirələrilə bağlı yeni xəbərlərdən biri də, müzakirələrin səkkizinci raundunda iştirak məqsədilə dünən Avstriya paytaxtına daxil olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfərinin iştirakıdır.

Yeni xəbərlərdən başqa birisi də budur ki, Çinin Vyana müzakirələrindəki nümayəndəsi Van Kuan Kuborq otelinə daxil olmazdan qabaq jurnalistlərə İranın yekun paketinin təqdim olunmasından xəbər verib.

Teqlər