Fev 19, 2022 19:36 Asia/Baku
  • korona
    korona

Amerika profilaktika və xəstəliklərə nəzarət mərkəzinin araşdırmalarının nəticələri göstərir ki, korona pandemiyası dövründə amerikalı uşaqların psixoloji sağlamlıq böhranı daha da ağırlaşıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika profilaktika və xəstəliklərə nəzarət mərkəzi bildirib ki, 2019-cu ildən 2022-ci ilin yanvarınadək pediatrik təcili yardım bölmələrinə müraciətin statistikası əsasında iki araşdırma aparılıb.

Araşdırmalardan biri göstərir ki, korona pandemiyasının yayıldığı iki il ərzində uşaq və yeniyetmələr qrupunda korona ilə bağlı təcili yardım bölmələrinə müraciət halları və bu bölmələrə müraciət hallarının həftəlik sayı,/ xroniki xəstəliklər, ziyanların konkret tipi/ dəlillərinə görə, xüsusən beş yaşından on yeddi yaşınadək olan uşaqlar arasındakı bəzi davranışlarla bağlı nigarançılıq artıbdır.

Digər bir araşdırma buna dəlalət edir ki, yeniyetmələrin ailələri maksimum nigarançılıqla üzləşirlər.

Pandemiya dövründə ikiqat yemək və tik pozğunluqları səbəbindən pediatrik təcili yardım bölmələrinə müraciət halları üç dəfə artıbdır.

 

Teqlər