Kanadada 191 etirazçı həbs edilib
Ottavada etiraz hərəkatına son qoymağa çalışan Kanada polisi 191 etirazçının həbs edildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Kanada polisi indiyədək Ottavada 191 nəfərin həbs edildiyini bildirərək əlavə edib ki, polis bir neçə həftədir ərazidə etiraz edən yük maşını sürücülərini və etirazçıları yığışdırmaq üçün şəhərin mərkəzində əməliyyat keçirir.
Polisin sözlərinə görə, indiyədək 57 avtomobil bu ərazilərdən çıxarılıb və "Kent" və "Bay" küçələri nəqliyyat vasitələrindən təmizlənib. Bir neçə saat əvvəl Kanada mediası etirazçılardan birinə qarşı ittiham irəli sürüldüyünü bildirib.
Bu yaxınlarda Azadlıq Karvanı adlanan hərəkat, ABŞ sərhədini keçmək üçün tələb olunan məcburi peyvəndə qarşı etiraz olaraq, yanvarın 29-da Ottavada bir sıra kanadalı yük maşını sürücülərinin iştirakı ilə başlayıb və ölkənin digər şəhərlərinə də yayılıb.