Fev 22, 2022 11:58 Asia/Baku
  • Qazaxıstan XİN: Donbasın tanınmasından söhbət gedə bilməz

Qazaxıstan hökuməti bildirib ki, Donbasın tanınmasından söhbət gedə bilməz.

SəhərAzəri-nin məlumatına əsasən,  bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi deyib ki, məsələ ilə bağlı rəsmi münasibət bildiriləcək.

Bununla belə o, media mənsublarını əmin edin ki, qondarma “donetsk xalq respublikası” və “luqansk xalq respublikası”nın müstəqilliyinin Qazaxıstan tərəfindən tanınmasından söhbət gedə bilməz.

“Biz beynəlxalq hüququn əsasları və Birləşmiş Millətlər Təşkilatının prinsipləri əsasında fəaliyyət göstəririk. Vəziyyət getdikcə pisləşir, ona görə də beynəlxalq ictimaiyyəti diplomatik həllə çağırırıq. Qazaxıstan buna hazırdır”, - deyə Tileuberdi bildirib.

KTMT-nin Ukraynaya müdaxiləsi ehtimalına gəlincə qazax deyib ki, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsi qurumun hərbi və ya sülhməramlı qüvvələrinin “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”na girməsinə icazə vermir”.

Onun sözlərinə görə, KTMT sülhməramlılarının ora göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi və uyğun mandatı olmalıdır”.

Teqlər