Fev 23, 2022 12:29 Asia/Baku
  • ABŞ-ın raket bazası
    ABŞ-ın raket bazası

ABŞ Hərbi Dəniz Qüvvələri Havay adalarındakı raket bazasında helikopterin ölümcül şəkildə qəzaya uğradığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri bildiriblər ki, dörd ordu podratçısı olan "Sikorsky S-61" helikopteri Havay adalarının Kauai adasındakı "Pacific Raket Bazası"na düşüb.

Media mənbələrinin məlumatına görə, ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin podratçısı olan "Croman" şirkətinə məxsus helikopter Havay ştatında təlim missiyası zamanı ölümcül qəza törədib.

Sputnik xəbər agentliyinin məlumatına görə, ordunun dörd podratçısını daşıyan "Sikorsky S-61" helikopterinin Kauai adasındakı "Pacific Raket Bazası"nda qəzaya uğraması nəticəsində bütün sərnişinlər həlak olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, helikopter qəzasında həlak olanlar hərbçi deyillər. ABŞ rəsmiləri qurbanların adları və şəxsiyyətləri ilə bağlı əlavə məlumat verməyiblər.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və "Pacific Raket Bazası" helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Bu raket bazası Kauai adasının qərbində yerləşir və orada raketdən müdafiə sınaqları və təlimləri həyata keçirilir. 

 

Teqlər