Fev 27, 2022 12:52 Asia/Baku
  • Yeni diplomatik şanslar sınanır

Rusiya nümayəndə heyəti Ukrayna təmsilçiləri ilə danışıqlar üçün Belarusa gedib.

SəhərAzəri-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərə bildirib ki, əldə edilmiş razılığa əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən Prezident Administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib.

Ukrayna prezidenti Vladimir Zelenski isə deyib ki, Bakı, Varşava, Budapeşt və İstanbulda Rusiya nümayəndələri ilə danışıqlara hazırdır.

Onun sözlərinə görə, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

Zelenski qeyd edib ki, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı. Əslində başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmakına vasitəçilik təklif etmişdi. Lakin bunun nətəcə verəcəyi bir qədər şübhəli görünüe. Zira Rusiya qonşu ölkənin tərksilah edilməsini və bitərəf dövlət statusu almasını tələb edir, Zelenski hökumətinin isə bu tələbi yerinə yetirməsi mümkün görünmür. 

Son məlumata əsasən, Rusiya Belarusun Qomel şəhərinə nümayəndə göndərsə də, Ukrayna bu ölkədə hər hansı danışıqlardan imtina edib.

Teqlər