İkinci raundun keçirilməsi barədə razılıq əldə olunub
https://azeri.sahartv.ir/news/dünya-i386411-İkinci_raundun_keçirilməsi_barədə_razılıq_əldə_olunub
Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarin sonunda tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 07:43 Asia/Baku
  • İkinci raundun keçirilməsi barədə razılıq əldə olunub

Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarin sonunda tərəflər ikinci raundun keçirilməsi barədə razılığa gəliblər.

SəhərAzəri-nin “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə dünən Belarusun Qomel vilayətində keçirilən görüş təxminən beş saat davam edib.

Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirb ki, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.

 “Rusiya Federasiyası və Ukraynanın nümayəndə heyətləri irəliləyiş əldə edilə biləcək mühüm bəndləri tapdılar. Ukrayna nümayəndə heyəti dinləməyə və aktual məsələlərin ətraflı müzakirəsində iştirak etməyə hazır idi”, -deyə Belarusdakı keçirilən görüşdə iştirak edən Rusiya nümayəndə heyətinin üzvü vurğulayıb.

Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzular müəyyən ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə videomüraciətdə bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.