Mart 03, 2022 11:33 Asia/Baku
  • BMT Rusiyaya qarşı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkialtı Rusiyanın Ukraynaya hücumunu pisləyən, Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını tələb edən qətnaməni səs çoxluğu ilə qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən,martın 2-də BMT Baş Assambleyasının təcili iclasındakı səsvermədə bu qətnaməni 193 ölkədən 141-i dəstəkləyib. 35 ölkə bitərəf qalıb, 5 ölkə əleyhinə səs verib.

Azərbaycan, Qvineya, Qvineya Bissau, Mərakeş, Toqo, Türkmənistan, Özbəkistan və Venesuela ilə birlikdə səsverməyə ümumiyyətlə qatılmayıb.

BMT sənədlərində bu kateqoriyaya "səs verməyib" deyilir.

Bu səsvermədə Rusiyanı 5 ölkə, Suriya, Konqo, Şimali Koreya, Eritreya və Belarus dəstəkləyiblər.

İran İslam Respublikası isə Rusiyaya qarşı səsvermədə bitərəf qalıb. Ermənistan da bitərəf ölkələr sırasında yer alıb.

Qətnamədə Rusiya Federasiyasının Ukraynaya hücumu qəti pislənir və ondan Ukraynaya qarşı gücdən istifadəyə son qoyması tələb olunur.

Teqlər