İŞİD Pakistanda şiə məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
https://azeri.sahartv.ir/news/dünya-i386574-İŞİd_pakistanda_şiə_məscidinə_hücuma_görə_məsuliyyəti_öz_üzərinə_götürüb
İŞİD Terror qruplaşması Pişəvərdə şiə məscidində törədilən ölümcül partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 05, 2022 07:50 Asia/Baku
  • İŞİD Pakistanda şiə məscidinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Terror qruplaşması Pişəvərdə şiə məscidində törədilən ölümcül partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

SəhərAzəri-nin məlumatına əsasən, Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində cümə (4 mart) namazı zamanı şiə müsəlman məscidində törədilən partlayış nəticəsində 56 nəfər ölüb, 190-a yaxın insan isə yaralanıb.

Yaralıların çoxunun vəziyyəti ağırdır və ölənlərin sayının artacağı istisna edilmir. 

Terrorçu və təkfirçi qruplar Pakistan şiələrinə və onların ibadət yerlərinə hücumlarını davam etdirir, lakin bu ölümcül hücumlar hələ də beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla müşayiət olunur.