Ukraynanın iki şəhərində humanitar atəşkəs elan edilib
Bu gün Moskva vaxtı ilə saat 10-dan etibarən Rusiya tərəfi Ukraynanın iki şəhərində sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Ukrayna Prezident Ofisi də ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb. Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda bununla bağlı işlər görülür.
“Mariupol və Volnovaxidə humanitar dəhlizlərin açılmasına hazırlıq görülür. Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib”, - o söyləyib.
Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək.