Mart 05, 2022 20:23 Asia/Baku
  • Cozep Borrel: Çin vasitəçi olmalıdır

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Rusiya ilə Ukrayna arasındakı gərginliyi həll etmək üçün üçüncü ölkənin vasitəçilik etməsini təklif edib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Cozep Borrel Rusiyanın Ukraynaya qarşı müharibəsində Çinin vasitəçi olmasının tərəfdarı olduğunu bildirib. 

"Heç bir alternativ yoxdur. Biz (avropalılar) vasitəçi ola bilmərik, bu aydındır. ABŞ da ola bilməz. Başqa kim? Bu, Çin olmalıdır, mən buna güvənirəm", - deyə Borrell İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində deyib.

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsinin təklifi  ilə bağlı əlavə məlumatlar verilməyib. 

Ukrayna müharibəsinin onuncu günə qədəm qoyması ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadan bir milyon iki yüz min nəfərin qaçqın düşdüyünü bildirərək, Ukrayna qaçqınları böhranının yeni başladığı barədə xəbərdarlıq edib. 

Teqlər