Ukraynadakı amerikan laboratoriyaları məsələsi böyüyür
Rusiya sənədləri yayacaq
Rusiya hökuməti Ukraynadakı biolaboratoriyalarla bağlı sənədləri dərc edəcəyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, yaxın vaxtlarda ABŞ-ın Ukrayna ərazisindəki gizli hərbi-bioloji fəaliyyətinə dair növbəti sənədlər dərc ediləcək və onların ekspertizasının nəticələrini təqdim olunacaqdır.
Konaşenkovnun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Ukrayna biolaboratoriyalarının əməkdaşları tərəfindən ABŞ-ın Ukrayna ərazisində gizli hərbi bioloji fəaliyyətinə dair təqdim etdiklərin sənədlərin təhlili üzərində işi davam etdirir.
O qeyd edib ki, Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rusiyalı mütəxəssisləri ABŞ nümayəndələrinin göstərişi ilə Ukraynadan götürülmüş insan biomateriallarının xarici ölkələrə ötürülməsinə dair sənədləri araşdırıblar.
"Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan növbəti sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik", - deyə general əlavə edib.
İddialara görə, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri hərbi bioloji proqramın izlərinin dərhal təmizlənməsi faktlarını aşkarlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində biolaboratoriyalarda aparılan işlərin sifarişçisi ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhdidlərinin Azaldılması İdarəsidir. Bildirilir ki, Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkə formalaşıb. Bunları tədqiqat və sanitar-epidemioloji laboratoriyalara bölmək olar.
Bundan əvvəl Dövlət Departamentindən bildirilmişdi ki, ABŞ-ın Ukraynada laboratoriyaları yoxdur, lakin daha əvvəl Departament rəhbərinin müavini Viktoriya Nuland Senatda çıxış edərkən orada bioloji tədqiqat obyektlərinin olduğunu qeyd etmişdi. Onun sözlərinə görə, Kiyev və Vaşinqton onların Rusiya qüvvələrinin əlinə keçməsinin qarşısını almağa çalışır.