Türkmənistanda prezidentlik atadan oğula keçdi
Türkmənistanda prezident seçkilərində Sərdar Berdimuhəmmədov 72,97 faiz səslə qalib gəlib.bu barədə TASS Türkmənistan Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, cari milad ili fevralın 11-də rəsmi toplantıda çıxış edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hakimiyyəti “gənc liderlərə” vermək niyyətində olduğunu bildirmişdi. Qurbanqulu Berdiməhəmmədovun prezident kürsüsünü tərk edəcəyi ilə bağlı eyhamından az sonra Türkmənistan Mərkəzi Seçki Komissiyası martın 12-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyini bildirdi və sonra prezidentin oğlu Sərdar seçkilərə namizədliyini irəli sürdü.
Son illərdə oğlunu müxtəlif hökumət vəzifələrinə təyin edən Qurbanqulu Berdiməhəmmədovun onu özünə varis hazırladığı deyilirdi. Serdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçildi o bir neçə başqa rəsmi vəzifə də tutmuşdu.
Son iki ildə Sərdar Berdiməhəmmədov ictimai mühitdə və KİV-də atasından daha çox görünür. Ölkənin regionlarını dolaşıb, tez-tez əsas kanalda çıxış edir və beynəlxalq səfərlərə gedirdi.
62 yaşlı Qurbanqulu Berdiməhəmmədov üçüncü dəfə 2017-ci ildə prezident seçilib və bu vəzifəni 2024-cü ilə qədər icra edə bilərdi ancaq görünür o hakimiyyəti oğluna ötürməyi məsləhət görüb.
Berdiməhəmmədovun vaxtından əvvəl hakimiyyətdən getmək qərarına qonşu ölkələrdə baş vermiş hadisələr - hakimiyyətin ötürülməsi ilə bağlı Özbəkistanın birinci prezidenti İslam Kərimovun ailəsinin uğursuz cəhdi və Qazaxsıtanın keçmiş prezidenti Nursultan Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılmasının təsir etməsi barədə fikirlər səsləndirilir.
İxtisasca mühəndis-texnoloq olan Sərdar Berdiməhəmmədov Türkmənistanın Kənd Təsərrüfatı Universitetini bitirib, texniki elmlər doktorudur. Eyni zamanda, prezidentin yeganə oğludur.Bacılarının ərdə olduqları və xaricdə yaşadıqları bilinir. Sərdar özü də evlidir, dörd övladı var.