Kim istəyini diktə edə biləcək; Rusiya yoxsa Ukrayna?
Zelenski Rusiyaya şərt qoyub
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müzakirələrlə bağlı şərtlərini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Zelenski bildirib ki, onun əsas şərtlərindən biri hücumların dərhal dayandırılmasıdır: “Müzakirələrdə prioritetlərim qətidir. Müharibənin dayandırılması, təhlükəsizlik zəmanəti, suverenlik, torpaq bütövlüyünün yenidən təmin edilməsi,= ölkəmiz üçün real zəmanətlər və ölkəmizin real müdafiəsidir.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların 5-ci raundu başa çatıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb ki, Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir.
Rusiya hökuməti Ukrayna ilə bağlı tələblərində israrlı qalır və öz məqsədlrinə çatmaq üçün müharibəni davam etdirəcəyini açıq şəkildə dünya liderlərinə o cümlədən də Fransa prezidenti və Türkiyə rəhbərliyinin diqqətinə çatdırıbdır. Ukraynanın tərksilah edilməsi, ölkənin sağ ifratçı siyasətçilərdən təmizlənməsi, onun bitərəf status alaraq NATO-ya qoşulmayacağına dair öhdəlik götürməsi, Donbassın müstəqilliyini tanıması və Krımın Rusiyaya ilhaqını qəbul etməsi Krelmlin şərtləri sırasındadır. Ukraynalılar bunun ölkənin suverenliyi ilə ziddiyyətdə olduğunu bildirərək rədd edirlər.
Hələlik hansı tərəfin öz mövqeyini diktə edə biləcəyi məlum deyildir.
Bu arada Ukrayna rəsmiləri iddia edirlər ki, bu ölkəyə qarşı başladılmış müharibənin 23-cü günündə Rusiya ordusunun itkiləri artıb, amma əhəmiyyətli irəliləmə əldə edə bilməyib. Qeyd olunur ki, Rusiya Hava Kosmik Qüvvələri hər gün döyüş təyyarələrini, o cümlədən ən müasir döyüş təyyarələrini və vertolyotlarını itirir.
Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirir ki, ötən sutka ərzində 7 döyüş təyyarəsi də daxil olmaqla cəmi 14 hava hədəfi məhv edilib. Eyni zamanda Ukraynanın hava qüvvələri düşmənin zirehli texnika və avtomobil kalonlarına güclü zərbələr endirib. Quruda hücumlar isə artıq neçə gündür ki, dayanıb və döyüşlər Ukrayna qüvvələrinin müxtəlif istiqamətlərdə həyata keçirdiyi əks-həmlələrlə müşaiyət olunur.
Digər tərfdən Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, hazırda Putinin ən böyük qorxusu Ukrayna ərazisində döyüşən çağırışçılardır və buna görə də Rusiya hakimiyyəti bir neçə gündür ardıcıl olaraq Rusiya Federasiyasının əhalisini inandırmağa çalışır ki, onlar Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb edilməyəcək.