Mart 18, 2022 13:41 Asia/Baku
  • Adanom dünyadakı bütün böhranlara diqqətə təkid edib

Ümumdüna Səhiyyə Təşkilatının baş direktoru vurğulayıb ki, diqqətlərin Ukraynadakı böhrana yönəldiyi bir halda, Əfqanıstan əhalisinin yarısından çoxunun yardıma ehtiyacı var.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdüna Səhiyyə Təşkilatının baş direktoru BMT Təhlükəsizlik Şurasından Ukraynada təcili atəşkəs və siyasi həll yolunun tapılmasını istəyib.

Tedros Adanom Qebreisus həmçinin yardımçılardan öz yardımları ilə Ukraynada və qonşu ölkələrdə insanların günü-gündən genişlənməkdə olan ehtiyaclarını təmin etmələrini istəyib.

Adanom habelə söyləyib: BMT baş katibinin dediyi kimi, pul ehtiyacının təkcə 36 faizi toplanıb. Əfqanıstan xalqı arasında pis qidalanma digər problemlərin kənarında bu ölkəni çətin vəziyyətə salıb.

Ümumdüna Səhiyyə Təşkilatının bu rəsmisi sonra belə qeyd edib: Efiopiyanın Tıqray bölgəsində faciəvi səhiyyə və ərzaq böhranından beş yüz gün keçsə də, bu ölkə xalqından altı milyon nəfər bu bölgədə mühasirə içindədir.

Suriyada da bu ölkə xalqından, təqribən yarısı uşaq olan on iki milyondan çox insan səhiyyə yardımına ehtiyac duyur.

Yəməndə bu ölkə əhalisinin təqribən üçdə ikisi, başqa sözlə, 20 milyondan çox insan səhiyyə yardımına ehtiyac hiss edir. Bütün bu böhranlar üçün yeganə həll yolu, sülhdür.

Teqlər