"Ukraynanın işğalı planı iflasa uğradı"
https://azeri.sahartv.ir/news/dünya-i387084-ukraynanın_işğalı_planı_iflasa_uğradı
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində Rusiya ordusunun bir çox istiqamətdə qarşısının alındığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2022 07:26 Asia/Baku

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində Rusiya ordusunun bir çox istiqamətdə qarşısının alındığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Zelenski deyib: "Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”.

Prezident öz videomüraciətinin davamında qeyd edib ki, ordu Kiyev, Sum və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırıb:

"Kiyev, Sum, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı. Və hiss olunur ki, onlar bizimlə nə etmək mümkün olduğunu bilmirlər. Görünür, onların hərbi komandirləri siyasi liderlərinə bizi əldən salmaq, Ukraynanı tükəndirmək üçün qəddar və yanlış taktikadan başqa bir şey təklif edə bilmirlər”.