Zelenski Rusiya ilə gecikmədən sülh danışıqlarına çağırıb
Ukrayna prezidenti Moskva ilə “gecikmədən” sülh və təhlükəsizliklə bağlı mənalı və ciddi danışıqlarına çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Volodimir Zelenski şənbə günü etdiyi video müraciətdə Rusiya ilə dialoqun vacibliyini vurğulayaraq, deyib: "Bu, Rusiyanın işğaldan sonra öz səhvlərindən vurduğu zərəri azaltmaq üçün yeganə şansıdır".
Ukrayna prezidenti əlavə edib: "Görüş vaxtıdır, danışmaq vaxtıdır, Ukraynanın ərazi bütövlüyünü və ədaləti bərpa etməyin vaxtıdır. Əks halda Rusiyanın itkiləri elə olacaq ki, onun bərpası üçün bir neçə nəsil lazım olacaq".
Onun çıxışı Rusiya prezidenti Putinin daha əvvəl Krımın ilhaqının səkkiz illiyinə həsr olunmuş tədbirdə on minlərlə rusiyalı ilə danışdığı vaxta təsadüf edib.
Rusiya prezidenti Vladimir Putin orada etdiyi çıxışında bildirib ki, Ukrayna tərksilah olunmayana və Rusiyanın bütün planlar həyata keçməyənə qədər Ukraynada müharibə dayanmayacaq".