Ukrayna lideri Rusiyanın ultimatumlarına cavab verib
Zelenski: Yekun kompromislər referendumla həll olunacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.
"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik”, - deyə Zelenski qeyd edib.
Prezident qeyd edib ki, Ukrayna və Rusiya arasında danışıqlarda yekun kompromislər referendumla həll olunacaq. bu, təhlükəsizlik təminatları, Donbas və Krımın müvəqqəti işğal olunmuş ərazilərinə aiddir.
O sonra deyib: "Bizi NATO-ya Rusiyadan qorxduqları üçün götürmürlər. Vəssalam. Ancaq bizə təhlükəsizlik zəmanətləri lazımdır. Təhlükəsizliyin təminatçısı olmaq istəyən NATO ölkələri var, onlar təəssüf ki, bizi Alyansa 100 % üzvlüklə təmin edə bilmirlər, lakin üzv olsaydıq, onlar NATO-nun etməli olduğu hər şeyi etməyə hazırdırlar. Və məncə, bu, normal kompromisdir”.