Rusiya Ukraynaya dair qətnamə layihəsinin səsverməyə çıxarılmasını istəyib
BMT-dəki diplomatik mənbələr bildiriblər ki, Rusiya Təhlükəsizlik Şurasında özünün Ukraynaya dair humanitar qətnamə layihəsinin səsverməyə çıxarılmasını istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, qətnamə layihəsinə əsasən, Təhlükəsizlik Şurası bütün mülki şəxslərin dərhal, təhlükəsiz, könüllü və maneəsiz boşaldılmalarına əmin olmaq üçün müzakirə yolu ilə bir atəşkəsə çağırır. Eyni zamanda, Təhlükəsizlik Şurası, bu məqsədlə, tərəflərin humanitar atəşkəslər barədə razılaşmasının vacibiliyini vurğulayır.
Layihədə həmçinin qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası humanitar personal və kövrək vəziyyətdə olan insanlar da daxil olmaqla mülki şəxslərin, o sıradan qadınlar və uşaqların tam şəkildə qorunmalarına ehtiyac duyur.
Bundan əlavə, sənəddə, hərbi obyektlərin yerləşdirilməsi üçün mülki infrastrukturlardan istifadə edilməməsi, həmçinin əhalinin sıx məskunlaşdığı ərazilərdə onların quraşdırılmaması tələb olunur.
Rusiya Federasiyası çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasına bütün mülki şəxslərin dərhal, təhlükəsiz, könüllü və maneəsiz çıxışını təmin etmək üçün şura tərəfindən müzakirə yolu ilə atəşkəsin əldə edilməsini tələb edən qətnamə layihəsi təqdim etdi.
Bundan qabaq BMT-dəki diplomatik mənbələr Təhlükəsizlik Şurasında Rusiyanın Ukraynaya dair humanitar qətnamə layihəsinə səsvermənin cümə günü keçiriləcəyini bildirmişdilər.