Mart 23, 2022 12:48 Asia/Baku
  • Peskov qərbi, Rusiyaya qarşı amansız informasiya müharibəsində ittiham edib

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində Ukraynaya qarşı əməliyyatın plan əsasında davam etdiyini xatırladıb: “Heç kim müharibənin bu qədər çəkəcəyini düşünmürdü. Bu məqsədləri olan ciddi əməliyyatdır”,-deyə Peskov bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Peskov eyni zamanda bildirib ki, hazırda əməliyyatın məqsədlərinə hələ nail olunmayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Ukraynadan olan qaçqınlar üçün Rusiyada əmək düşərgələrinin olması ilə bağlı Qərb mediasının yaydığı məlumatları saxta adlandırıb.

“Biz təkcə hərbi əməliyyat şəraitində deyil, həm də amansız informasiya, saxtakarlıq müharibəsində yaşayırıq", - deyə Peskov vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiya Ukraynanın heç vaxt Donbasa hücum edəcəyini düşünməyib və həmçinin Normandiya formatında irəliləyiş əldə olunacağına ümid edirdi.

Teqlər