Rusiya XİN başçısı:
"Qərbin Rusiyanı cilovlama cəhdləri kulminasiya nöqtəsinə çatır"
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Rusiya sanksiyaları Qərbdən qanunsuzluq görüb, Qərbin elan etdiyi dəyərlər bir qəpiklikdir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, beynəlxalq vəziyyət son həddinə qədər qızışıb, Qərbin Rusiyanı cilovlamaq siyasətinin kulminasiya nöqtəsindədir.
“Beynəlxalq vəziyyət son həddə çatıb, əslində biz Qərbin uzun müddətdir yürütdüyü Rusiyanı cilovlamaq siyasətinin kulminasiya nöqtəsinin şahidiyik”, - deyə o, Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu Qəyyumlar Şurasının iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, “rusofob xəttin apogeyi Vaşinqton və Brüsselin Kiyev rejiminə dəstəyi olub”. Lavrov deyib ki, Rusiya Qərbdən sanksiyalarla bağlı özbaşınalığı görüb və odur ki, Qərbin elan etdiyi dəyərlərin qiyməti bir qəpikdir.
“Sanksiyaların bu qanunsuzluğunu görəndə, təbii ki, aydın olur ki, qərbli həmkarlarımızın bizə daim təbliğ etdikləri bütün bu dəyərlər - ifadə azadlığı, bazar iqtisadiyyatı, şəxsi mülkiyyətin toxunulmazlığı, təqsirsizlik prezumpsiyası - hamısının qara qəpik qiyməti yoxmuş", - deyə o bildirib.