Mart 28, 2022 13:39 Asia/Baku
  • Bayden yeni soyuq müharibə elan etdi

ABŞ prezidenti Co Bayden Varşavadakı çıxışında yeni soyuq müharibə elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa turunu yekunlaşdıran Bayden şənbə günü Polşanın paytaxtında Ukraynadakı vəziyyətə həsr olunmuş uzun nitq söyləyib.

Co Baydenin çıxışında Moskvanın bu ölkədə keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı Rusiya Federasiyasına və onun rəhbərliyinə qarşı çoxsaylı ittihamlar yer alıb.

Polşanın keçmiş xarici işlər naziri bildirib Baydenin açıqlamasını qiymətləndirərkən deyib: "Baydenin Varşava çıxışını "1946-cı ildə Uinston Çörçillin "Dəmir Pərdə" haqqında danışdığı çıxışı ilə müqayisə etmək olar". O hesab edir ki, ABŞ prezidentinin çıxışı "reallıq dərkini dəyişən məna ehtiva edir".

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin sözlərini şərh edərkən qeyd edib ki, Rusiya Federasiyasında kimin hakimiyyətdə olacağı ilə bağlı qərar vermək Baydenin işi deyil, ölkə prezidentini Rusiya xalqı seçir.

Almaniya kansleri Olaf Şolz isə ABŞ prezidenti Co Baydenin Varşavada çıxışını şərh edərkən deyib ki, NATO-nun Rusiyada hakimiyyəti dəyişmək məqsədi yoxdur.

"Bu, bizim məqsədimiz deyil. Biz yekdilliklə qəbul edirik ki, Rusiyada rejim dəyişikliyi gündəmdə deyil və bizim apardığımız siyasətin məqsədini təmsil etmir", - deyə Şolz vurğulayıb.

Respublikaçı senator Cim Riş deyib ki, ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının rəhbərliyində dəyişiklik barədə danışmamalı idi.

Avropa diplomatları isə bildiriblər ki, Baydenin şərhləri Qərbin Moskva ilə əlaqə kanallarını açıq saxlamaq səylərini təhlükə altına qoya bilər. Bununla bağlı Avropa İttifaqının yüksək rütbəli nümayəndələrindən biri bildirib ki, yaxın günlərdə və ya həftələrdə Ukraynadakı münaqişənin diplomatik yolla həllini gözləmək olmaz.

Fransa prezidenti Emmanuel Makron, "Guardian"a deyib ki, onsuz da mövcud qeyri-sabit vəziyyətdə bu cür "qıcıqlandırıcı ifadələrə" qarşıdır. 

Analitiklərin bildirdiyinə görə, Rusiyanın cavabı, nə olursa olsun, bu cavab diplomatik müstəvidə veriləcək. Qəzet qeyd edir ki, Moskva cavab tədbiri olaraq qalan ABŞ diplomatlarını "qovmaq" qərarına gəlsə, bu addım diplomatiyada hətta "soyuq müharibənin ən pis anları"nda da qaçınılan ən aşağı nöqtə olacaq.

Teqlər