Mart 29, 2022 16:00 Asia/Baku
  • Əfqanıstan
    Əfqanıstan

Taliban hökuməti əfqan qadınlarına kişi qohumları olmadan uçuşa getməyi qadağan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstandakı aviaşirkətlər bildiriblər ki, Taliban bu şirkətlərə qadınların kişi qohumlarının müşayiəti olmadan təyyarələrə minməsini dayandırmağı əmr edib.

Əfqanıstanın "Ariana Afghan hava yolları" və "Kam Air" şirkətinin iki rəsmisi Fransa xəbər agentliyinə bildirib ki, Taliban onlara tək səyahət edən qadınlara bilet verməməyi əmr edib.

Taliban,həmçinin dekabr ayının sonunda əfqan qadınlarına yaxın kişi ailə üzvü olmadan 72 kilometrdən çox məsafə qət etməyi qadağan edib.

Yeni məhdudiyyət Talibanın orta məktəblərin qızlar üçün bağlı qalacağını elan etməsindən təkcə bir neçə gün sonra tətbiq edilib. Hansı ki, orta məktəblər aylarla davam edən məhdudiyyətlərdən sonra ötən həftə bütün ölkə üzrə açılmalı idi.

Əxlaqın Təbliği və Pisliklərin Qarşısının Alınması Nazirliyi, həmçinin Kabilin ictimai parklarında kişi və qadınların ayrılmasını əmr edib və bildirib ki, kişilər və qadınlar eyni günlərdə paytaxtdakı parklara gedə bilməzlər.

Taliban yeddi ay əvvəl hakimiyyəti ələ keçirdikdən sonra qadınlara qarşı sərt məhdudiyyətlər qoyub.

Teqlər