Apr 04, 2022 12:22 Asia/Baku
  • Almaniyada şiə ruhanilərinə və bəzi İslam mərkəzlərinə hörmətsizlik pislənib

Hamburq İslam Mərkəzində keçirilən aksiyada iştirakçılar Almaniyada şiə ruhanilərinə və bəzi İslam mərkəzlərinə qarşı hörmətsizliyi pisləyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, 1443-cü ilin müqəddəs Ramazan ayı ərəfəsində Hamburq İslam Mərkəzində Almaniya, Hollandiya və Belçikadan olan din xadimləri və missionerlərin toplantısı keçirilib.

Toplantıda Almaniyada baş verən son hadisələrdə şiə ruhanilərinə və bəzi İslam mərkəzlərinə hörmətsizlik qınanıb.

Hamburq İslam Mərkəzinin direktoru Höccətülislam Məhəmməd Hadi Müfəttih İraqa səfəri və təqlid mərcələri həmçinin Nəcəf və Kərbəla dini elmlər hövzələrinin üstadları ilə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib. 

Almaniyanın Nordheim şəhərində İslamofob cərəyanların müsəlmanların məzarlarına hörmətsizlik etməsindən sonra Almaniya Şiə Federasiyası bu addımı pisləyən bəyanat yayıb.

Müfttih Almaniya prezidenti Frank-Valter Ştaynmayerə yazdığı məktubda polis yoxlamaları zamanı məscidlərin ləyaqətinin və statusunun qorunub saxlanmasına çağırıb.

 

Teqlər