Apr 04, 2022 12:38 Asia/Baku
  • Kabil
    Kabil

Xəstəxanadakı mənbələr Əfqanıstanın paytaxtında Şəhrzad sarayında baş verən partlayış nəticəsində 59 nəfərin yaralandığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bazar günü səhər saatlarında Kabildə valyuta bazarında baş verən partlayış Əfqanıstanın paytaxtını silkələyib.

Xəstəxanadakı mənbələr dünən gecə son hesabatlarında bazar günü Kabildə valyuta dəyişdirmə bazarında baş verən partlayışda bir nəfərin öldüyünü təsdiqləyiblər.

Taliban Daxili İşlər Nazirliyi oğru tərəfindən atılan partlayışa əl istehsalı partlayıcısının səbəb olduğunu bildirib.

Hücum edən şəxs Kabilin ən izdihamlı valyuta bazarından pul oğurlamaq üçün belə bir hərəkətə əl atıb.

Bir neçə gün əvvəl Heratın Cəbrayıl şəhərində baş verən partlayışda da 4 nəfər ölüb, 29 nəfər yaralanıb.

Müşahidəçilər partlayışları ABŞ-ın 20 illik işğalı dövründə dinc əhalinin əlində qalan silah və sursatlarla, həmçinin müxtəlif motivlərlə törədilən, o cümlədən terrorçu və kriminal xarakterli silahlı hücumlarla əlaqələndirirlər.

Teqlər