Apr 04, 2022 20:15 Asia/Baku
  • “Yuqoslaviyanın bombalanmasından və İraqın işğalından başlasınlar”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı tribunal təşkil etmək çağırışını şərh edərkən Vaşinqtona Yuqoslaviya və İraqla bağlı araşdırmalara başlamağı tövsiyə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Zaxarova Telegram kanalında "Bayden müharibə cinayətlərinin mühakiməsinə çağırır" başlıqlı yazısında belə qeyd edib:

"Əla ideya - Yuqoslaviyanın bombalanmasından və İraqın işğalından başlasınlar. Siz hələ Srebrenitsadakı tamaşanın baş rejissorlarını da tapa bilərsiniz və təbii ki, Kosovoda amerikalı rəsmi şəxslərin kimliyi altında orqan alveri... Onlar başa çatan kimi dərhal Yaponiyanı nüvə bombalamasına başlaya bilərəm", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Vladimir Putinin müharibə cinayətləri üzrə mühakimə olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edəcəyini diqqətə çatdırıb.

O, Buçada baş verənlər barədə deyib: “Biz bütün faktları toplamaq məcburiyyətindəyik. Yəni əlimizdə faktlar, sübutlar olsun ki, bunu törədənlər müharibə cinayətlərinə görə mühakimə olunsunlar. Buçada baş verənlər dəhşətlidir və hamı bunu görür. Putin hərbi cinayətkardır”.

Teqlər