Apr 08, 2022 14:32 Asia/Baku
  • boykot
    boykot

İngiltərə müsəlmanları digər dünya müsəlmanları kimi ilahi qonaqlıq ayında iftarlarını adətən xurma ilə açırlar. Buna görə, islami təşkilatlar sionist rejim xurmalarının istehlakı haqda xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərədə islami insan hüquqları komissiyasının sədri Məsud Şəcərə bu haqda belə deyib: Sionistlər və onların müxtəlif ölkələrdəki səfirləri sionist rejim mallarının boykot edilməsinin qarşısını almağa çalışırlar.

Şəcərə əlavə edib ki, insanlarda məlumatlılığın artması ilə işğal olunmuş ərazilərdə istehsal edilən xurmaların alqısı ilbəil azalır. Qeyd edək ki, sionistlər bir fırıldaqçılıq hərəkətində özlərinin istehsal etdikləri xurmaları ərəb və islami yazılar, həmçinin Fələstin bayraqlı qablaşdırmalarda təqdim edirlər.

İşğal olunmuş ərazilərdə istehsal edilən xurmalar da daxil olmaqla sionist rejim mallarının boykot edilməsi günü-gündən genişlənir. Hazırda bütün müsəlmanlar və Fələstin tərəfdarları xüsusən ramazan ayında bu məsələni qeyd edirlər.

 

Teqlər